Xəbərlər
Bələdiyyə seçkiləri ölkəmizə yeni uğurlar vəd edir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bildirib ki, qanunvericilikdə bələdiyyələrə geniş səlahiyyətlər verilir. Onun sözlərinə görə, seçicilərin dəstəyi ilə YAP-ı təmsil edən bələdiyyə üzvləri qarşıdakı mərhələdə mövcud imkanlardan geniş istifadə edəcəklər.
Tədbirdə Nizami bələdiyyəsi üzrə namizədlər Vüqar Quliyev, Heydər Rəhimov, Yeganə Abbasova, Keşlə bələdiyyəsi üzrə namizədlərindən isə Rəşad Babayev, Hüseynağa Əliyev, İradə Həsənova və başqaları bildiriblər ki, YAP təmsilçiləri xalqın etimadını böyük məsuliyyət kimi qəbul edərək bu sahədə konkret nəticələrin əldə olunmasına hesablanan məqsədyönlü fəaliyyət həyata keçirirlər.
Seçicilər YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Nizami və Keşlə bələdiyyələri üzrə namizədlərin seçicilərlə qapı-qapı və məhəllə görüşləri də keçirilib.