YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabirabad seçiciləri müasir tariximizdə əsaslı dönüş yaratmış YAP-a səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Azadkənd bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu YAP-ın  çətin və şərəfli yol keçdiyini vurğulayıb. Ulu Öndərin rəhbərlik etdiyi partiyanın fəaliyyətə başlamasını tarixi hadisə adlandıran təşkilatın sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın böyük uğurlara imza atdığını qeyd edib.

Seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Mirqiyam Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Amil Vəlişov, Anar Əhmədov, Qərib Quliyev ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının formalaşması istiqamətində mühüm addımlar atıldığını  diqqətə çatdırıblar. Onlar ölkəmizdə keçirilən hər bir seçkidə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də YAP-ın qələbə qazanacağına inamlarını ifadə ediblər. Çıxış edənlərin hər biri seçiciləri yeni uğurlar əldə etmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Ağabala Əliyev, Eldar Nərimanov və digərləri YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının namizədləri fərdi və məhəllə görüşləri də keçiribilər.

DİGƏR Xəbərlər Arxiv