Xəbərlər
YAP-ın amalı xalqa sədaqətlə xidmət etməkdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən və Qabaqtəpə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəlli görüşləri keçirilib.
Görüşlərdə çıxış edən Qabaqtəpə bələdiyyəsi üzrə namizədlər Elxan İsmayılov, Şaiq İsmayılov və Daşkəsən bələdiyyəsi üzrə namizəd Türkan Kəsəmənli bildiriblər ki, Prezident, YAP Sədri İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır. Sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan addımlar bunu bir daha təsdiq edir. Həmçinin vurğulanıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bütün seçkilərdə xalqın etimadını qazanaraq qalib olub. Onlar növbəti seçkidə də YAP-ın qələbə qazanacağına əminliklərini bildiriblər. Namizədlər yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP-ın namizədlərini dəstəkləyəcəklərini qeyd ediblər.