YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər YAP-ın fəaliyyətini yüksək dəyərləndirirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı, Hövsan, Əmircan və Qaraçuxur bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə səyyar görüşləri keçirilib.

Bələdiyyə üzvlüyünə namizədlər Həqiqət Məmmədova, İbrahim İbrahimov, Elburus Xəlilov, Seymur Rəsulov, Elnur Mustafayev və Suqraxanım Hacıyeva çıxış edərək YAP-ın seçki proqramı barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, partiya sıralarının gündən-günə artması, sosial bazasının daha da möhkəmlənməsi xalqın Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyinin, Prezident İlham Əliyev siyasətinə birmənalı dəstəyinin bariz nümunəsidir.

Seçicilər çıxışlarında YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində şəhid Elnur Şahbazovun ailəsi də ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv