Xəbərlər
Xalqın etimadı ilə işıqlı gələcəyə doğru
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xızı rayonu, Giləzi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev Azərbaycanın uğurlarından danışaraq bu uğurların hər bir vətəndaşımızda qürur hissləri oyatdığını bildirib.
Bələdiyyə üzvlüyünə namizədlər Cavid Almasov, Nasim Zəkiyev, Ağahüseyn Məlikov, Ramin Musayev, Nəriman Həsənov, Paşa Şəfiyev və Fazil İsmayılov çıxış edərək seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.