Xəbərlər
Bütün hədəflərimiz reallığa çevriləcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu, Qaraqaşlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Qaraqaşlı bələdiyyəsi üzrə Cəngən, Yuxarı Qaramanlı və Tatarməhlə kəndlərində yaşayan seçicilərlə görüşündə çıxış edən YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev qeyd edib ki, bələdiyyələr ərazinin sosial-iqtisadi potensialından istifadə etməklə müvafiq bölgənin inkişafını və əhalinin rifahını yüksəltmək imkanlarına malikdir.
Bələdiyyə üzvlüyünə namizədlər Xanım Kərimova, Elman Soltanov və digərləri bələdiyyələrin fəaliyyətindən bəhs edib, bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini qeyd ediblər.