YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəki seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Kiş  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov seçkilərin  vətəndaşlara yerli səviyyədə qərarların qəbulunda iştirak etmək imkanı verdiyinə və cəmiyyətin ehtiyaclarına uyğun xidmətlərin göstərilməsini təmin etdiyinə görə seçiciləri seçkilərdə fəal iştirak etməyə dəvət edib. Təşkilat sədri vurğulayıb ki, YAP həmişə olduğu kimi, xalqın rifahını təmin etmək və ölkənin davamlı inkişafını təmin etmək məqsədilə seçkilərə ciddi hazırlıq görür.

Tədbirdə çıxış edən təşviqat qrupunun üzvü, şəhid anası Dursun Cavadova, bələdiyyə üzvlüyünə namizədlər  Tofiq Məmmədov, Bəxtiyar Güliyev qeyd ediblər ki, bələdiyyələr yerli özünüidarəetmə orqanı kimi, cəmiyyətin gündəlik ehtiyaclarını qarşılamaq və yerli problemlərin həllini təmin etmək üçün mühüm rol oynayır. Onlar əhalinin rifahını artırmaq məqsədilə sosial, iqtisadi və mədəni layihələrin həyata keçirilməsinə məsuliyyət daşıyırlar. YAP-ın namizədləri söz veriblər ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Seçicilər  Nəzir Kərimov və Güldəmir Alıyev YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv