YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişaf bütün sahələri əhatə edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Yasamal bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bələdiyyələrin ölkəmizin ictimai-iqtisadi həyatındakı rolundan və qarşıdan gələn bələdiyyə seçkilərindən ətraflı söz açıb. O, həmçinin Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan danışıb.

Seçki qərargahının üzvləri Şahlar Əsgərov, İsrayıl İsgəndərov, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Bağı Hüseynov, İradə Hüseynova, bələdiyyə üzvlüyünə namizəd Nigar Əhmədova yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini diqqətə çatdırıblar. Onlar seçiciləri seçki günü fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Görüş zamanı seçicilər Xəlil Həsənov, Veysəl İbrahimov və başqaları YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Yasamal bələdiyyəsi üzrə YAP-ın namizədləri bir sıra ünvanlarda məhəlli görüşlər də keçiriblər.

DİGƏR Xəbərlər Arxiv