YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa layiqli xidmət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Xaçmaz bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Xaçmaz və Xaçmazqışlaq kəndlərindən olan seçicilərlə görüşləri keçirilib.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov yanvarın 29-da bələdiyyə seçkilərinin demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Seçki qərargahının üzvləri Ehtibar Yusubov və bələdiyyə üzvlüyünə namizədlər İlkin Lətifov, Akif Nəsirov, Elşən Cəlilov, Elşən Məhəmmədov, İsrail Əliyev, Yavər Atakişili və Namiq Şabanov əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr verildiyini bildiriblər.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki,  Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər Oğuz şəhəri, Bucaq, Böyük Söyüdlü, Qarabaldır və Calud kəndlərində seçicilərlə fərdi görüşlər keçiriblər.