YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəngərlidə seçicilərlə görüşlər davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kəngərli rayonu,  Xok bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva bildirib ki, ötən dövr ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı üçün əhəmiyyətli irəliləyişlər əldə olunub. Bu sahədə qanunvericilik bazası möhkəmləndirilərək, bələdiyyələrin statusu, bələdiyyə qulluğunun təşkili və maliyyəsi kimi mühüm sahələrdə bir sıra qanunlar qəbul edilib. Nəticədə, yerli idarəetmənin effektivliyi artırılıb və cəmiyyətin müxtəlif ehtiyaclarına cavab verən xidmətlər daha da gücləndirilib.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Musa Hüseynov, Saynur Rüstəmova, Məhərrəm Əliyev, Sevinc İbrahimova və  İqbal Qasımov qeyd ediblər ki, YAP-ın namizədlərinə veriləcək səslər Azərbaycanın qüdrətinin daha da artmasına xidmət edəcək.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Təşviqat kampaniyası çərçivəsində bələdiyyə üzvlüyünə namizədlər şəhid İsmayıl Yüzbaşevin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Qeyd edək ki, Qıvraq bələdiyyəsi üzrə namizəd İlkin Məmmədov, Qarabağlar bələdiyyəsi üzrə namizəd Aysel Şəfiyeva seçicilərlə məhəllə görüşləri də keçiriblər.