YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP bələdiyyə seçkilərinin favoritidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Tədbirdə YAP Nəsimi rayon təşkilatının sədr müavini Abbas Pənahov Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə son illər tarixi qələbələr əldə edildiyini, ictimai-siyasi həyatın, dövlət idarəçiliyinin bütün sahələrində çoxşaxəli və məqsədyönlü islahatların uğurla və ardıcıl şəkildə həyata keçirildiyini deyib.

O bildirib ki, bunun nəticəsi olaraq ölkəmiz özünün keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər nəticəsində Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyulub, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində isə dövlətimizin suverenliyi onun bütün ərazisində bərqərar olunub. Bütün bunlara görə, Prezident İlham Əliyevə minnətdar olmalıyıq”.

Bələdiyyə üzvlüyünə namizədlər Rahib Hacıyev, Söhrab Həşimov, Ülvi Əhmədov, Fidan Tağıyeva-Soncul, Lalə Əlizadə, Faiq Məmmədov, Mətləb Məmmədov, Orxan Musayev, Günay Səfərova, Ramin Əhmədov, Fazil Qurbanov Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində göstərilən səylərdən danışıblar.

Çıxış edənlər zəngin ənənələrə malik olan Yeni Azərbaycan Partiyasının seçkilərə böyük qələbə əzmi ilə qatıldığını vurğulayıblar. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.

Seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.