Xəbərlər
Parlaq gələcək, xoşbəxt cəmiyyət...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə seçki qərargahının və təşviqat qrupunun üzvləri, bələdiyyə üzvlüyünə namizədlər ölkəmizin mövcud durumundan söz açıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı naminə misilsiz işlər görüb. Hazırda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Dövlətimizin başçısı öz çıxışlarında həmişə qeyd edir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır.
Həmçinin, görüşlərdə sosial təminat sisteminin gücləndirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verilib. Natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.