Xəbərlər
Tam şəffaf və demokratik şəraitdə...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Kərimli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib. Rayon təşkilatının sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu prosesinin uğur qazanmasında Yeni Azərbaycan Partiyası mühüm rol oynayıb.
Görüşdə seçki qərargahının üzvləri Ehtibar Yusubov, bələdiyyə üzvlüyünə namizədlər Vüqar İbrahimov, Akif Əliyev, Rauf Orucov ölkəmizdə hər bir sahənin inkişafına xüsusi diqqət göstərdiyini, regionların sosial-iqtisadi inkişafı proqramlarının uğurla həyata keçirilməsi nəticəsində müasir infrastrukturun yaradıldğını məmnunluq hissi ilə bildiriblər. Onlar seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.
Seçicilər çıxışlarında YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının namizədləri Oğuz şəhərində, Yaqublu, Bayan, Xalxal, Calud kəndlərində seçicilərlə fərdi görüşlər də keçiriblər.