Xəbərlər
Tarixi missiya
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Qabaqtəpə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşləri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, Yeni Azərbaycan Partiyası fəaliyyəti dövründə çox şərəfli və uğurlu bir yol keçib. Qeyd olunub ki, qazanılan çoxsaylı nailiyyətlər YAP-ın tarixi missiyasını və xalq qarşısında öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini sübut edir.
Təşviqat qrupunun üzvləri Sərdar Xıdırov, Elşən Alıyev, bələdiyyə üzvlüyünə namizədlər Elxan İsmayılov, İkram Həsənov, Günel Həsənova, Təranə Rzayeva, Əli Abdullayev, Elşad Məmmədov, Elşən Rzayev və Şaiq İsmayılov YAP-ın seçki proqramı haqqında geniş məlumat verməklə yanaşı, seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə və partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Məhəmməd Cəfərov, Həbib Musayev, Saleh Qurbanov, Arzu Rzayev YAP-ın fəaliyyətini dəstəklədiklərini və partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün Qabaqtəpə bələdiyyəsi üzrə namizədlər məhəlli görüşlər də keçirib.