YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarımız davamlıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Muradxan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Seçki qərargahının üzvləri Nurlan Şəfiyev, Arzu Şahbazov, bələdiyyə üzvlüyünə namizədlər Tofiq İsmayılov və İsmayıl Kərimov bildiriblər ki, sarsılmaz təməllərə söykənən xalq-iqtidar birliyi davamlı uğurlarımızın əsasıdır.

Bələdiyyə üzvlüyünə namizədlər Ömər Abuşov, Arif İskəndərov, Xalid Qafarov, Talıb Salahov, Mahir Heydarov, İxtiyar Mehtiyev, Qabil Abdullayev və Elxan Usubov görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Xudaverdi Qurbanov, Rusif Ağayev, Məmmədnəbi Mahmudov, Bədəl Qurbanov, Vüsal Əliyev, Xatəm Şirinov və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv