Xəbərlər
Tərəqqi yolunda daim irəli!
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu, Nəsimi bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Ədviyə Rəsullu, Günay Səfərova, Rahib Hacıyev, Xalid Kərimov, Mətləb Məmmədov, Fidan Tağıyeva-Soncul Azərbaycanın demokratik inkişafından, seçkilərin azad, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində görülən işlərdən danışıblar. Çıxış edənlər zəngin ənənələrə malik olan YAP-ın seçkilərə böyük qələbə əzmi ilə qatıldığını deyiblər.
Bələdiyyələrin regionların sosial-iqtisadi inkişafında özünəməxsus rol oynadığını bildirən namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal olmağa və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Görüşlər zamanı seçicilər çıxış edərək seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.