Xəbərlər
Şəffaflıq, səmərəlilik və məsuliyyət…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Eyvazalılar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə həyata keçirilən islahatlar, yerli idarəetmə strukturlarının şəffaflığını və səmərəliliyini artırmağa yönəlib. Təşkilat sədri qeyd edib ki, bu islahatlar, həmçinin yerli icmaların sosial-iqtisadi inkişafını dəstəkləyərək vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.
Tədbirdə çıxış edən seçki qərargahının üzvləri Etibar İmanov, Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Nurəddin Həsanalıyev, Səbuhi Yusifzadə, Novruz Quliyev və Ayaz Quliyev qeyd ediblər ki, bələdiyyələr fəaliyyətlərində şəffaflıq, səmərəlilik və məsuliyyət prinsiplərini üstün tutmalıdır. YAP üzvləri seçiləcəkləri təqdirdə məhz bu istiqamətdə quracaqlar.
Seçicilər Qurban Hacıyev, Saleh Abbasov, Vidadi Mirzəyev çıxış edərək YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün Beyləqan bələdiyyəsi üzrə namizədlər isə Vətən müharibəsi qazisi Orxan Həsənovu ziyarət ediblər.