YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümumxalq partiyası Zəfər yolunda...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Qaraçuq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli Yeni Azərbaycan Partiyasının öz əməli fəaliyyəti ilə xalqın iradəsini ifadə etdiyini bildirib: “Bu gün partiyamızın sıralarında 740 mindən artıq vətəndaşımız birləşib. Bu, heç şübhəsiz, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyinin və Prezident İlham Əliyev siyasətinə birmənalı dəstəyinin bariz göstəricisidir. Bu gün qürurla ifadə edirik ki, ümumxalq partiyası olan YAP Zəfər yolunda inamla addımlayır”.

Seçki qərargahının üzvləri Rail Tağızadə, İsmayıl Qəribli və bələdiyyə üzvlüyünə namizədlər Nəsimi Novruzov, Səma Məmmədova və Ceyhun Həsənov YAP-ın seçki platforması haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, sosial infrastrukturun bərpası və yenidən qurulmasında yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin gücləndirilməsi, əhalinin layiqli məşğulluğuna, hər kəsin ixtisas, bilik və bacarığına uyğun işlə təmin olunmasına dəstək verilməsi, müxtəlif sahələri əhatə edən layihələrin icrasında yerli sakinlərin iştirakçılığının artırılması və digər hədəflər partiyanın seçki proqramında öz əksini tapıb.

Seçicilər Cahan Hacıyeva, Yusif Hacıyev və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.