YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Xarici siyasətimizin əsas istiqamətlərindən olan ikitərəfli əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Qarşılıqlı səfərlər əsasında bu əlaqələr daha da möhkəmlənir. Azərbaycan xarici siyasətində qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana işgüzar səfəri mühüm məqamlarla, çağırışlarla yadda qaldı.

Ümumilikdə son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Cənab İlham Əliyev daim çıxışlarında, həmçinin qarşılıqlı səfərlər çərçivəsində keçirilən görüşlərdə bu reallığı xüsusi qeyd edir ki, Gürcüstan ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətləri dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur. Strateji tərəfdaşlıq əlaqələrimiz demək olar ki, müttəfiqlik səviyyəsinə qalxıb. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Gürcüstan rəsmiləri də vurğulayırlar ki, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər var. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır.

Xatırladaq ki, 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir.

İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb.  İki qardaş ölkənin münasibətlərinin inkişafında Heydər Əliyev-Eduard Şevardnadze dostluğunun böyük rolu olub. Hazırda davamçıları onların yolunu uğurla davam etdirir.

Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində tərəflər səylər göstərir. İki ölkənin münasibətlərinin çox aydın perspektivləri var. Səsləndirilən fikirlər sırasında bu mühüm məqam xüsusi qeyd edilir ki, Azərbaycanla Gürcüstanın çağırışları da, problemləri də eynidir. Hədəflərə yüksək səviyyədə nail olunmağın  əsasında iki qardaş ölkənin dostluğu, qardaşlığı dayanır. Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu çağırışı etdi: “Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq.” O da bildirildi ki, biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq.

Bütün bunların fonunda onu deyə bilərik ki, Azərbaycan-Gürcüstan əlaqələrinin gələcək inkişafına yönələn zəngin gündəlik var. Hər iki dost ölkə əməkdaşlığın daha da möhkəmlənməsində, yeni sahələr üzrə inkişafında maraqlıdır və bunu real addımları ilə təsdiqləyirlər.