Xəbərlər
Xalqımızın iradəsi YAP-ın qələbələrinin təminatçısıdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sabirabad rayonu, Qaragüney bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov partiyamızın bələdiyyə seçkilərinə fəal şəkildə hazırlaşdığını bildirib. O, xalqımızın hər zaman Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini vurğulayaraq deyib: “İnanırıq ki, qarşıdan gələn bələdiyyə seçkilərində xalqımızın iradəsi ilə YAP növbəti qələbəsini də qazanacaq”.
Seçki qərargahının üzvləri Daşqın Şıxəliyev, Rafiq Rəsulov, bələdiyyə üzvlüyünə namizədlər Şəmsi Hüseynov, Fazil Muradov və Könül Məlikova bələdiyyə seçkilərinin ictimai-siyasi əhəmiyyətinə diqqəti cəlb ediblər.
Seçicilər Yasin Seyidov, Ruslan Bunyadlı və başqaları yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində öz səsvermə hüquqlarından yararlanaraq YAP-ın namizədlərini dəstəkləyəcəklərini vurğulayıblar.
Qeyd edək ki, YAP-ın namizədləri həm fərdi, həm də məhəllə görüşləri də keçiriblər.