YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Daim qələbə əzmi ilə!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Əlinəzərli  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Əlinəzərli və Orta Əlinəzərli kəndlərində seçicilərlə görüşü keçirilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası 1999, 2004, 2009, 2014 və 2019-cu illərdə keçirilmiş bələdiyyə seçkilərində fəal iştirak edərək inamlı qələbələr qazanıb. Təşkilat sədri YAP-ın növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Tahir Abdullayev, İlhamə İsmayılova, Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Əlizadə Nəsirov, Taleh Məmmədov, Novruz Quliyev və Ayaz Quliyev seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Yaşar Süleymanov, Yeganə Rzayeva, Ülkər Gülməmmədova və Famil Quliyev YAP-ın namizədlərinə səs verəcəklərini deyiblər.

Qeyd edək ki, Beyləqan bələdiyyəsi üzrə namizədlər də seçicilərlə məhəllə görüşü keçiriblər.