YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yolu ilə irəli!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə qələbə əzmi ilə getdiyini deyib. Qeyd olunub ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı iqtisadiyyat, sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və “yaşıl artım” ölkəsi kimi hədəflər müəyyən edilib. Təşkilat sədri bu məqsədlərin reallaşmasında bələdiyyələrin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Seçki qərargahının üzvləri Nizami İsmayılov, Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Anar İsmayılov, Ədalət Quliyeva, Şəmsinur Hüseynova, Nargilə Kərimova, Gülnarə Dadaşova, Mahnur Ömərova, Vüsal Alşanov, Gülnar Hidayətova, Nağı Zeynallı və Gültəkin Nəzərova regionlarda bələdiyyələrin iştirakçılığı ilə ekoloji təmiz texnologiyaların tətbiqi və mövcud resurslardan istifadə etməklə “yaşıl layihə”lərin icrasının olduqca önəmli vəzifələrdən olduğunu bildiriblər.

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.