YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərlə yeni zirvələrə…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Şürük və Sütəmurdov bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

YAP-ın səlahiyyətli nümayəndələri Böyükağa Axundov və Yalçın Əliyev bildiriblər ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və digər istiqamətlərdə mühüm işlər görüb və tarixi nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyi, bu dövrdə əhalinin rifahının əhəmiyyətli dərəcədə yüksəldiyi və yeni hədəflərlə yeni zirvələrə doğru irəlilədiyi qeyd olunub.

Seçki qərargahının üzvləri Namiq Bağırov, Nüşabə Mikayılova, Fəxrəddin Caniyev və bələdiyyə üzvlüyünə namizədlər Gülşən Əskərova, Valeh Hüseynli, Rövşən Əsədov, Emil Məmmədov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.

Qeyd edək ki, Osaküçə, Göyşaban, Hirkan-Xanbulan, Mamusta, İstisu, Gəgiran və Şiləvar bələdiyyələri üzrə YAP namizədlərinin seçicilərlə ayrı-ayrı ərazilərdə görüşləri keçirilib.