Xəbərlər
İnkişaf davamlı xarakter daşıyır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu, Saltaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Culfa rayon təşkilatının sədr müavini Cəlal Həsənli partiyanın seçki proqramında bələdiyyələrin inkişafı üçün önəmli məqamların nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Çıxış edən seçki qərargahının üzvü Ramiz Canməmmədov, bələdiyyə üzvlüyünə namizədlər Sevinc Mustafayeva, Həsən Qənbərov, Hikmət Məmmədov və Həsən Əliyev seçiciləri ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Culfa bələdiyyəsi üzrə namizəd Samir Gülmalızadə, Yaycı bələdiyyəsi üzrə namizəd Rasim Hüseynov və Milax bələdiyyəsi üzrə namizəd Saleh Quliyev isə məhəllə görüşləri keçiriblər. Milax bələdiyyəsi üzrə namizədlər Sürət Hüseynov və Sərdar Məhərrəmov şəhid Babək Əliyevin ailəsini ziyarət edib, YAP-ın bələdiyyə seçkiləri ilə bağlı proqram və məqsədləri haqqında ətraflı məlumat veriblər.
Görüşlər zamanı seçicilər Rəqsanə Qurbanova, Mahir Əsgərov və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini qeyd ediblər.