YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni hədəflərə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən, Qabaqtəpə və Quşçu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə Daşkəsən bələdiyyəsi üzrə namizədlər Cavid Mehralıyev, Afaq Əskərova, Qabaqtəpə bələdiyyəsi üzrə namizədlər Elşən Rzayev, Təranə Rzayeva və Quşçu bələdiyyəsi üzrə namizəd Natiq Süleymanov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəf tarixi haqqında söhbət açıblar. Namizədlər bildiriblər ki, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün qarşıda mühüm vəzifələr durur.

Seçicilər Ramin Balayev, Ənvər Məhərrəmov, İntiqam Verdiyev və başqaları qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.