YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlu yolun davamı

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Şəki bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd edib ki, bələdiyyə seçkiləri yerli problemlərin həlli, sosial-iqtisadi inkişaf və ictimai xidmətlərin keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayır. Təşkilat sədri Yeni Azərbaycan Partiyasının xalqın inam və etibarını qazandığını deyib. O vurğulayıb ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün bələdiyyə seçkilərində YAP-ın qələbəsi olduqca zəruridir.

Təşviqat qrupunun üzvləri Rafiq Səmədov, Qüdrət Babayev, bələdiyyə üzvlüyünə namizədlər Səyyarə Musayeva, Elşən Nəsibov bildiriblər ki, xalqımız daim dövlət başçısının ətrafında sıx birləşməli, bələdiyyə bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Seçicilər Şahid İsmayılov, Rəfael Əhmədəliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Şəki bələdiyyəsi üzrə YAP-ın namizədlərinin seçicilərlə məhəlli görüşləri də keçirilib.