YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kürdəmirlilər bu dəfə də ümumxalq partiyasını dəstəkləyəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Kürdəmir və Mehdili bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvü Nurlan Şəfiyev və bələdiyyə üzvlüyünə namizədlər Vüqar Əhmədov, Tamara Həsənova, Arzu Həsənova, Cəmilə Məmmədova, Qalib Abbasov, Bəşir Fətullayev, Talıb Salahov, Kənan İsmayılov Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyiblər.  Çıxışlarda Azərbaycanın hərtərəfli inkişaf etməsindən və insanların rifah halının gündən-günə yüksəlməsindən ətraflı bəhs edilib.

Seçicilər Əntiqə Kərimova, Fidan Mürsəlova, Mərziyyə İsrafilova, Baba Ələkbərov, Fuad Cəbiyev, Firuz Hətəmov, Elşən İslamov budəfəki seçkilərdə də Azərbaycanın bugünkü uğurlarına müvəffəq olan ümumxalq partiyası - Yeni Azərbaycan Partiyasını dəstəkləyəcəklərini deyiblər.