Xəbərlər
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Prezident İlham Əliyevə başsağlığı verib
İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: “Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Bu faciəvi hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Allahdan mərhumlara rəhmət, ailələrinə səbir diləyirəm.”