YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür

YAP Masallı rayon təşkilatının tədbirlər planına uyğun olaraq, 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar təşkilatın inzibati binasında “20 Yanvar qəhrəmanlıq və qürur günümüzdür” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının əməkdaşı Cəlal Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı Sovet qoşun hissələrinin Bakıya, eləcə də Azərbaycanın bir sıra yaşayış məntəqələrinə yeridildiyini, Qarabağdakı erməni vəhşiliyinə etiraz edən və Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən həmvətənlərimizə qarşı müxtəlif tipli silahlardan atəş açıldığını, nəticədə dinc insanların kütləvi şəkildə qətlə yetirildiyini bildirib. O, həmçinin Bakının zəbt edilməsinin xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə həyata keçirildiyini, Bakı və ətraf rayonlarda 147 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını, həlak olanların arasında qadınların, uşaqların və qocaların da olduğunu diqqətə çatdırıb.

Tədbir iştirakçılarından Lətafət Ağakişizadə, Əli Alışlı, Cəlil Rəcəbov və digərləri çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın qan yaddaşına həkk olunduğunu bildiriblər. Qeyd olunub ki, həmin hadisələrdə igid Vətən övladları sarsılmaz iradəsi, milli ruhun sarsılmazlığı və istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixi yazdılar. 

Natiqlər millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildiriblər. Onlar şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.