YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Ağcabədi rayon təşkilatının yaradılmasının 30-cu ildönümü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, partiya veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilən tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra YAP Ağcabədi rayon təşkilatının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbir iştirakçılarını rayon təşkilatının yaranmasının 30-cu ildönümü münasibətilə təbrik edib. O qeyd edib ki, 1992-ci ildə noyabrın 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası təsis edilib: “Qısa bir zamanda respublikanın bütün ərazilərində bu partiyanın yerli təşkilatları yarandı və Heydər Əliyevə sədaqətli olan, onun ideyalarını dəstəkləyənlər partiya sıralarına daxil oldular. 1995-ci il yanvarın 15-də Ağcabədi rayonunda da Yeni Azərbaycan Partiyasının rayon təşkilatı təsis edilib. O qarışıq zamanda bütün çətinliklərə sinə gərərək yaradılan YAP Ağcabədi rayon təşkilatı bu gün 88 ərazi təşkilatında 15600 nəfər partiya üzvünü özündə birləşdirir.

Çıxış edən Ağcabədi şəhər 3 saylı məktəb-liseyin müəllimi, partiya fəalı Vüsalə Quluyeva, Hacıbədəlli kənd tam orta məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Feyzulla Feyzullayev, Ağcabədi şəhər 2 saylı tam orta məktəbin müəllimi, ərazi partiya təşkilatının sədri Mehdi Məmmədov YAP-ın yaranma zərurətindən, ölkəmizin bütün sferalarında yaxından və uğurlu iştirakından danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi davamı kimi Yeni Azərbaycan Partiyasının yaranmasını göstərə bilərik. Əgər YAP o zaman yaranmasaydı bugünkü Azərbaycanın mövcudluğundan, inkişafından, uğurlarından danışmaq olmazdı.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalı və veteranına YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları və hədiyyələr təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib. 

DİGƏR Xəbərlər Arxiv