Xəbərlər
Vətəndaşlara xidmət ən ali məqsəddir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonunun Çərçiboğan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Şərur rayon təşkilatı aparatının məsləhətçisi Cahandur Məhərrəmov seçicilərə partiyanın namizədləri haqqında məlumat verib. Onun sözlərinə görə, heç bir siyasi qüvvə YAP ilə rəqabət aparmaq iqtidarında deyil. Natiq seçiciləri YAP-ın namizədlərinə səs verməyə cağırıb.
Təşviqat qrupunun üzvləri Ələkbər Süleymanov, Bəhruz İbrahimov və Adil Əhmədov ötən müddət ərzində bələdiyyələrin gördüyü işlərdən söz açıblar.
“Vətəndaşlara xidmət ən ali məqsədimizdir” devizini əsas tutan bələdiyyə üzvlüyünə namizədlər İlqar Əliyev, Azər Qafarov, Südabə Nəcəfova seçiləcəkləri təqdirdə göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Görüş zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.