Xəbərlər
Xalqın inam və etibarının bariz nümunəsi kimi…

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Türklər bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov çıxış edərək Azərbaycanın bugünkü tərəqqisinin hər bir vətəndaş üçün qürurverici olduğunu deyib. O bildirib ki, ərazi bütövlüyünü tam və bütöv edən Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin ətrafında hər zaman sıx birləşməli və bu siyasi kursun davam etdirilməsi üçün çalışmalıyıq.
Seçki qərargahının üzvləri Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər İnqilab Məmmədov, Sabir Yunusov, Kamil Qasımov, Əsgər Cavadov, Elvin Cavadzadə, Novruz Quliyev və Ayaz Quliyev bələdiyyələrin bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına önəmli töhfələr verdiklərini qeyd ediblər.
Seçicilər Yaqub Cabbarov, İbrahim Şövkətov, Həsrət Aslanov və Ənvər Abdullayev YAP-ın ötən bütün seçkilərdə qələbə qazanması xalqın inam və etibarının bariz nümunəsi kimi qiymətləndiriblər. Qeyd olunub ki, növbəti seçkilərdə də bu partiyanın parlaq qələbə qazanacağı heç kimdə şübhə doğurmur.
Qeyd edək ki, Beyləqan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə məhəlli görüşü də keçirilib.