YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Balakəndə növbəti görüş...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Balakən rayonu, Hənifə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Balakən rayon təşkilatının sədr müavini Qurban Qaraisayev Yeni Azərbaycan Partiyasının ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsi olduğunu deyib. Qeyd olunub ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi YAP xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib. O, seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Bələdiyyə üzvünə namizədlər Göyçək Abdullayeva, Nadir Hacıyev, YAP fəalları Namiq Məmmədov, Şakir Miskinov ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs ediblər. 

Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.

Qeyd edək ki, həmin gün Kortala və Hənifə bələdiyyələri üzrə seçicilərin məhəlli görüşü də keçirilib.