YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixinin yeni mərhələsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu, Kiçik Dəhnə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi və xalqın rifahının artırılması istiqamətində fəaliyyətini davam etdirir, seçkilərin ədalətli və demokratik şəraitdə keçirilməsi üçün öz təşkilati strukturlarını səfərbər edir.

Bələdiyyə üzvlüyünə namizədlər Tural Axundov, Afiq Abdullayev, Ronald Qafulov, Zümrüd İbadullayeva qeyd ediblər ki, bələdiyyələr regionların sosial-iqtisadi inkişafını sürətləndirir. Qeyd olunub ki, yeni formalaşacaq bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaqları halda öz fəaliyyətlərini məhz bu hədəflər istiqamətində quracaq və onlara göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar.

Görüşlər zamanı seçicilər Səxavət Mustafayev, Sadiq Hüseynov YAP-ın fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.