YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Etimad ünvanı dəyişməzdir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Neftçala rayonu, Həsənabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədr müavini Cavad Mirzəyev bələdiyyələrin fəaliyyət göstərdikləri ərazilərin sosial-iqtisadi potensialından istifadə etməklə vətəndaşların rifahını yüksəltmək imkanlarına malik olmasından söz açıb. Daha sonra YAP-ın fəaliyyətindən danışan təşkilatın sədr müavini qeyd edib ki, bu gün partiyanın sıralarında 740 mindən artıq üzvü birləşdirməsi, vətəndaşların YAP-a, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə, ölkəmizdəki ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir.

Tədbirdə bələdiyyə üzvlüyünə namizədlər Müşfiq Quliyev və Mahir Məmmədov yeni formalaşacaq bələdiyyələrdə təmsil olunacaq YAP üzvlərinin vəzifələrindən danışıblar.

Qeyd edək ki, həmin gün təşviqat mərhələsi çərçivəsində Xol Qaraqaşlı və Xol Qarabucaq bələdiyyələri üzrə YAP-ın namizədləri qapı-qapı və məhəlli görüşləri də keçiriblər.