YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın taleyi etibarlı əllərdədir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonu, Daşkəsən və Qaraqullar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, YAP yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu və demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini verib.

Bələdiyyə üzvlüyünə namizədlər Vasif Mustafayev, Elxan Məhərrəmov, Aişə Hacızadə, Türkan Əmiraslanova, Afaq Əskərova və Elsevər Babayev YAP-ın seçki proqramı haqqında ətraflı məlumat veriblər. Seçiciləri xalqımızın maraqları naminə partiyanın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər Elnur Abbasov, Arif Babayev, Fəxri İsmayılov və Şahnaz Vəliyeva bildiriblər ki, Yeni Azərbaycan Partiyasını dəstəkləyirlər və seçkilərdə partiyanın namizədlərinə səs verəcəklər.

Qeyd edək ki, Daşkəsən bələdiyyəsi üzrə namizədlər Nurəddin Sadıqov, Alagöz Hüseynova və Quşçu bələdiyyəsi üzrə namizəd Etibar Alıyev məhəlli görüşlər də keçiriblər.