YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Moskvada RAGB-ın sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan dilində imla yazılacaq

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Azərbaycan dilində imla yazılacaq.

RAGB-ın idarə heyətinin üzvü Emin Hacıyev bildirib ki, maarifləndirmə aksiyası oktyabrın 18-də qeyd edilən Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Aksiyada Azərbaycan diasporunun üzvləri, rusiyalılar, o cümlədən Azərbaycan dilini öyrənən tələbələr iştirak edə bilərlər. Aksiya rusdilli mühitdə Azərbaycan dilini dəstəkləmək, öyrənmək, qoruyub saxlamaq və təbliğ etmək məqsədi daşıyır.

Azərbaycan dilində imla oktyabrın 17-də Moskva Dövlət Dilçilik Universitetinin (MDDU) binasında yazılacaq. Universitetin rektoru İrina Xaleyeva bu təşəbbüsü gözəl qarşılayıb. O, tədbirdə şəxsən iştirak edəcəyinə və iştirakçıları dəstəkləyəcəyinə söz verib. Qeyd edək ki, akademik İ.Xaleyeva Azərbaycana böyük hörmətlə yanaşır. Onun dəstəyi ilə universitetdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılıb.

Təşkilatçılar bildirirlər ki, artıq müxtəlif millətlərdən olan 50-dən çox adam Azərbaycan dili biliklərini yoxlamaq arzusunda olduğunu bildirib. Birinci, ikinci və üçüncü yerləri tutan ən savadlı iştirakçılara RAGB-ın pul mükafatları təqdim ediləcək.