Xəbərlər
YAP ümidləri doğruldub
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xaçmaz rayonu, Ləcət və Qımılqışlaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədr müavini Emil Tağıyev ölkəmizdə bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri haqqında məlumat verib. O, həmçinin YAP-ın Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan, bu gün regionun siyasi arenasında yüksək nüfuza malik olan siyasi partiya olduğunu deyib. Partiyanın uzun illər ərzində vətəndaşların ona olan ümidlərini doğrultduğu xüsusi vurğulanıb.
Bələdiyyə üzvlüyünə namizədlər Mehriban Mustafayeva, Gülçəmən Həbibova, Rafael Rəhimov, Kamran Qocayev, Ceyhun Mustafayev, Arzu Müzəffərova, Murad Aydınov seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə çağırıblar.
Qeyd edək ki, Xaçmaz, Xudat, Yalama, İstisu, Yeni Həyat, Qusarçay, Nərəcan, Köhnə Xaçmaz, Qımılqışlaq, Yergüc, Hülövlü, Çarxı və Qaraqurtlu bələdiyyələri üzrə namizədlərin seçicilər ilə məhəllə görüşləri də keçirilib.