YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərurda seçicilərlə görüşlər davam edir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Dizə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Dizə bələdiyyəsi üzvlüyünə namizəd Yeganə Məmmədova bələdiyyənin əhatə etdiyi kəndlərdən olan şəhid ailələrini ziyarət edib, onların qayğı və problemləri ilə də maraqlanıb.

Dizə bələdiyyəsi üzvlüyünə namizəd Mirabbas Eminovun isə Gümüşlü kəndində seçicilərlə məhəllə görüşü keçirilib. O, görüşdə yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən, həyata keçirilən layihələrdən söz açıb. Namizəd YAP-ın bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını, partiyanın növbəti bələdiyyə seçkilərində möhtəşəm qələbə qazanacağına inamını ifadə edib.

Görüşlər zamanı seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.