YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın YAP-a inamı sonsuzdur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində İsmayıllı rayonu, Qalınçaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov xalqın etimadını layiqincə doğruldan partiyanın növbəti bələdiyyə seçkilərinə yeni reallıqlar və çağırışlar fonunda qatıldığını bildirib.

Görüşdə çıxış edən namizədlər həyata keçirilən layihələrdən danışmaqla yanaşı, partiyanın seçki platformasından da ətraflı söz açıblar. Namizədlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb, bələdiyyə üzvləri seçiləcəkləri təqdirdə onlara göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacaqlarına söz veriblər.

Çıxış edən seçicilər isə Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini bildirərək yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bəyan ediblər.