YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük inamla!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yevlax rayonu Xaldan, Səmədabad bələdiyyələri üzrə seçicilərlə görüşü keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev partiyanın həmişə olduğu kimi, bu dəfə də seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyib. Qeyd olunub ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edir. Daha sonra o, bələdiyyə üzvlüyünə namizədlər haqqında seçicilərə məlumat verib.

Seçki qərargahının üzvləri Bayram Yusifov, Ariz Mikayılov və bələdiyyə üzvlüyünə namizədlər Asif Qurbanov, Akif Abbasov, Vəlipur Əbülfəz, Mirəhməd Əhmədov, Telli Məmmədova, Röyal Cəfərov Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığını deyiblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının uğurlarından geniş bəhs edilib, partiyanın bələdiyyə seçkilərinə böyük inamla getdiyi qeyd olunub.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Nemətabad kəndində və Aran qəsəbəsində bir qrup şəhid ailəsi ziyarət olunub.