YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası parlament seçkilərində 11 mindən artıq müşahidəçi və məşvərətçi səshüquqlu komissiya üzvü təyin etmişdir

Yeni Azərbaycan Partiyası 01 noyabr 2015-ci ildə keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri müşahidə etmək üçün hər bir dairəyə və bütün məntəqələrə müşahidəçilərini və məşvərətçi səs hüquqlu üzvlərini təyin etmişdir.

Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin seçkilərdə iştirak edən siyasi partiyalara verdiyi hüquqdan yararlanaraq, ölkə üzrə mövcud 125 dairənin, eləcə də bu dairələr üzrə 5415 seçki məntəqəsinin hər birinə özünün  müşahidəçilərini və  məşvərətçi səs hüquqlu üzvlərini təyin etmişdir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası seçki dairələri üzrə 125 nəfər  müşahidəçi, seçki dairələri üzrə 125 nəfər  məşvərətçi səs hüquqlu üzv, seçki məntəqələri üzrə 5415 nəfər  müşahidəçi, seçki məntəqələri üzrə isə 5415 nəfər məşvərətçi səs hüquqlu üzv təyin etmişdir.

Beləliklə, Yeni Azərbaycan Partiyası noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkiləri müşahidəçi və məşvərətçi səshüquqlu üzv statusunda 11 mindən artıq nümayəndə ilə izləyəcəkdir.