YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP cəmiyyətin avanqard partiyasıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Abşeron  rayonunun Masazır bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki,  Azərbaycan növbəti mühüm ictimai-siyasi proses ərəfəsindədir: “Yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək”. Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verən Abbas Əliyev vurğulayıb  ki, partiyamız yeni dönəmin çağırışlarına uyğun məqsədyönlü fəaliyyət həyata keçirmək əzmindədir.

Seçki qərargahının üzvləri - şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Faiq Xosrovlu və bələdiyyə üzvlüyünə namizəd İlham Çıraqov bələdiyyələrin uğurla həyata keçirdiyi layihələrin əhəmiyyətindən bəhs ediblər.

YAP-ın namizədləri Abşeron rayonunun kənd və qəsəbələrində bir neçə məhəlli görüş də keçiriblər.

Görüşlərdə çıxış edən seçicilər bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv