Xəbərlər
YAP hər zaman seçkilərə hazırdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağsu rayonu Qaraqoyunlu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, seçkilərdə iştirak hər bir siyasi partiya üçün çox vacibdir. Seçkilərə qatılmaqla ayrı-ayrı patiyalar cəmiyyətdə hansı mövqedə dayandıqlarını ortaya qoyurlar. Onun sözlərinə görə, YAP həmişə bütün seçkilərə yüksək səviyyədə hazırlaşıb. Bu baxımdan, indiki bələdiyyə seçkiləri də istisna deyil.
Görüşdə çıxış edən qərargah üzvü Vaqif Nəzərov, bələdiyyə üzvlüyünə namizədlər Sirac Məmmədov, Sehrayyə Hümbətova və Afaq Abdullayeva YAP-ın seçki proqramı haqqında seçicilərə məlumat veriblər.
Seçicilər adından çıxış edən Fərəc İsgəndərzadə və Şura Tahirova bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədlərinin qalib gələcəyinə əminliklərini bildiriblər.