YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbə əzmi ilə irəli!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Culfa rayonu Yaycı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov partiyanın hər zaman bütün seçkilərə yüksək səviyyədə hazırlaşdığını bildirib, partiyamızın indi də möhtəşəm qələbə qazanacağına inamını ifadə edib. O, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə üzvlüyünə namizədlər barəsində seçicilərə məlumat verib.

Seçki qərargahının üzvləri Cəlal Həsənli, Fərəc Fərəcov, bələdiyyə üzvlüyünə namizədlər Nadir Tağıyev, Oruc Quliyev, Camal Həsənov, Canməmməd Şahvəliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident, YAP Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından danışıblar.

Seçicilər Qurban Qurbanov, Ədalət Əhmədov, Teymur Abdullayev YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Culfa bələdiyyəsi üzrə namizəd Elməddin Muradov, Yaycı bələdiyyəsi üzrə namizəd Oruc Quliyev, Ərəzin bələdiyyəsi üzrə namizəd Zaur Əsgərov seçiciləri uğurlarımızın və ölkəmizin inkişafının davamı naminə seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Təşviqat kampaniyası çərçivəsində Yaycı kəndində şəhid Rəşad Hüseynlinin ailə üzvləri ziyarət edilib.

DİGƏR Xəbərlər Arxiv