YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir seçiciləri ən layiqli namizədləri dəstəkləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev vurğulayıb ki, YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır. YAP-ın beynəlxalq aləmdə də nüfuzlu siyasi partiya kimi qəbul edilməsinin səbəbi onun xalqa söykənməsi, onun Ulu Öndərin kursuna sadiq olmasıdır. O, bələdiyyə seçkilərinin önəmindən də bəhs edib.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Tahir Abdullayev, Mustafa Mustafayev, Aidə İsmayılova və bələdiyyə üzvlüyünə namizədlər Fikrət Həsənov, Ədalət Quliyeva, Gülnarə Dadaşova, Mahnur Ömərova, Ruslan Seyidov, Nağı Zeynallı, İlkin Qurbanov və  Samin Tağıyev seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilər isə YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində ən layiqli namizədlər olan partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.