YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçicilər bir daha sabitliyə və inkişafa səs verəcəklər

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu Rəncbər bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib. 

Görüşdə giriş sözü ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyasına xalqımızın inamı, güvəni böyükdür: “Məhz bu səbəbdən YAP qarşıdan gələn bələdiyyə seçkilərinə də qələbə əzmi ilə gedir. Ölkəmizdə seçki kampaniyası böyük ruh yüksəkliyi ilə qarşılanır”.

Seçki qərargahının üzvləri Rauf Abbasov, Cavid Qasımov, bələdiyyə üzvlüyünə namizədlər Əllamə İsmayılov və Aygün İmanov ötən müddət ərzində bələdiyyələrin işinin təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atıldığını, bu sahədə qanunvericilik bazasının təkmilləşdirildiyini qeyd ediblər. Natiqlər bildiriblər ki, aparılan islahatlar nəticəsində bələdiyyələr növbəti dövrdə daha yüksək səviyyədə fəaliyyət göstərəcək, vətəndaş məmnunluğuna nail olunacaqdır.

Qeyd edək ki, həmin gün Hacıqabul rayonu, Hacıqabul bələdiyyəsi üzrə partiya namizədləri Sahil Şükürov, Nemət Babayev, Udullu bələdiyyəsi üzrə namizədlər Elşən Məhərrəmov, Rövşən Ağayeva, Mətləb Əsədov, Rəncbər bələdiyyəsi üzrə namizədlər Əlibala Şirəliyev, Aygün İmanova, Meyniman bələdiyyəsi üzrə namizədlər Nəbi Aslanov, Anar Ağamaliyev, Sahil Ağayev, Gəncalı Əliyev, Famil Cəfərov, Qarasu bələdiyyəsi üzrə namizədlər Mireyyub Babayev, Elşad Abdullayev, Fəridə Abasova seçicilərlə fərdi və məhəlli görüşlər keçiriblər.

DİGƏR Xəbərlər Arxiv