YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərurların seçimi YAP namizədləridir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu Xanlıqlar  bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şərur rayon təşkilatının məsləhətçisi Əhməd Əliyev, təşviqat qrupunun üzvləri Həsən Cəfərov, Mikayıl Əliyev və bələdiyyə üzvlüyünə namizədlər Nurlu Təhməzova, Mahir Qurbanov, Zahid Ələsgərov Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyətindən, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün daxili və xarici siyasətdən danışıb. Prezident İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikirlərini xatırladan natiqlər həyata keçirilən siyasətin xalqın əmin-amanlığına, sosial rifahın artırılmasına yönəldiyini deyiblər.

Seçicilər partiyanın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.