Xəbərlər
Prezident İlham Əliyev Samir Şərifovun Baş nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Samir Rauf oğlu Şərifovun Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsindən azad edilib.