YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Səmədabad bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müdrik ideyaları əsasında böyük inkişaf yolu keçir. Qeyd olunub ki, bələdiyyə seçkiləri vətəndaşların yerli idarəetmə orqanlarını seçməsi prosesidir. Bu seçkilər yerli əhəmiyyətli məsələlərin həllində cəmiyyətin fəal iştirakını təmin edir.

Görüşdə çıxış edənlər seçki qərargahının üzvləri Vahid Quliyev, Tofiq Abbasov bələdiyyə üzvlüyünə namizədlər Səadət Təyyarlı, Asif Qurbanov, Şahin Hüseynov və Əhməd Mirəhmədov vurğulayıblar ki, ölkəmizdə bələdiyyələrin uğurlu fəaliyyəti üçün münbit şərait var.

Namizədlər müvafiq ərazidə dövlət proqramlarına uyğun olaraq, baş verən sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak etmələri üçün seçiciləri 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasını dəstəkləməyə çağırıblar.

Seçicilər Azərbaycanın parlaq inkişafı naminə Prezident İlham Əliyevin apardığı müdrik siyasətin ətrafında sıx birləşdiklərini qeyd ediblər.

Qeyd edək ki, həmin gün Yevlax şəhəri, Yevlax bələdiyyəsi üzrə namizədlər Yevlax şəhərində və rayonun Yuxarı Qarxun kəndində yaşayan bir qrup şəhid ailəsini ziyarət ediblər.